Keçid linkləri

Təcili xəbərlər
2023, 27 Mart, Bazar ertəsi, Bakı vaxtı 20:30

Rusiya Suriyadakı vətəndaşlarını çıxarır


Rusiya bu gündən Suriyadakı vətəndaşlarının çıxarılmasına başlayıb.

Artıq 50-ə yaxın Rusiya vətəndaşının 3 avtobusla Livana çıxarıldığı bildirilir.
Onlar Beyrutdan təyyarə ilə Moskvaya uçacaq.

Rusiya xarici işlər nazirinin müavini Mikhail Bogdanov Hələbdəki Rusiya konsulluğunun təhlükəsizlik baxımından işi dayandırdığını deyir.

Konsulluqda 8 minə yaxın Rusiya vətəndaşının qeydiyyatı var.
Bundan başqa təxminən 25 min rusiyalı qadın suriyalıda ərdədir.
XS
SM
MD
LG