Keçid linkləri

2017, 21 İyul, Cümə, Bakı vaxtı 14:56

Qırğızıstanda 500-dək müxalifətçi etiraz aksiyasına çıxıb


Qırğızıstanın cənubundakı Kara-Kulca şəhərində 500-ə yazın müxalifət tərəfdarı etiraz aksiyasına çıxıb.

Müxalifətdə olan Ata-Yurt partiyasının tərəfdarları partiya rəhbərliyinin 3 üzvünün məhkəməsinin ədalətli keçirilməsini tələb edirlər.

Onlar kütləvi hərc-mərclik salma və hökuməti devirməyə cəhddə ittiham olunurlar.
Müxalifətçilər ötən ilin oktyabrında saxlanıblar.

Yanvarın 10-da başlayan məhkəmə prosesi bu ayın 24-ə keçirilib.
Buna səbəb hakimin müttəhimlərdən biri ilə şəxsi tanışlığı olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG