Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:19

Amnesty International Eynulla Fətullayevlə əməkdaşlığı dayandırır


Amnesty International beynəlxalq hüquq-müdafiə təşkilatı hüquq müdafiəçisi Eynulla Fətullayevlə əməkdaşlığı dayandırır.

Bu barədə qurumun özü bəyanat yayıb.
Təşkilat bildirir ki, Eynulla Fətullayevin saytınə artıq hökümətyönlü xəbər agentlikləri təşviq edir.

Bu sayt, adətən, Azərbaycanda üzə çıxarılan insan haqları pozuntularına eyni dərəcədə Almaniyada da rast gəlinməsi barədə yanlış təsəvvür yaratmağa çalışır və bu iddianı dəstəkləmək üçün Amnesty International-ın Almaniyadakı insan haqları pozuntularına qarşı tənqidlərindən yararlanır».

Eynulla Fətullayev isə Facebook səhifəsində Amnesty International-a cavab verib.
Onun fikrincə, bu bəyanat Amnesty-nin özü üçün çox təhlükəli bir presedentə çevrildi. Artıq tənqidə icazə verilməyən dövlətlərin dairəsi cızılır və bu, beynəlxalq hüquq-müdafiə hərəkatı üçün ciddi bir siqnaldır. Belə çıxır ki, Qərb dövlətlərini tənqid etmək olmaz və onlar toxunulmazdır.
XS
SM
MD
LG