Keçid linkləri

Təcili xəbərlər
2023, 21 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:16

BMT Suriya münaqişəsində maraqlı tərəfləri tənqid edib


BMT-nin baş katibi Ban Ki Moon və Suriya üzrə beynəlxalq elçi Lakhdar Brahimi Suriyaya silah göndərən xarici qüvvələr, Suriya hökuməti və üsyançıları tənqid ediblər.
Amma onlar konkret hansısa ölkənin adını çəkməyiblər.

BMT-nin hümanitar məsələlər üzrə idarəsi isə beynəlxalq aləmi Suriya qaçqınlarına lazımınca hümanitar yardım göstərməməkdə günahlandırır.

İdarənin hümanitar məsələlər üzrə koordinatoru John Ging bütün münaqişə tərəflərini böhrandan çıxış yolu tapmağa çağırıb.

BMT yanvarın 30-da Küveytdə keçiriləcək beynəlxalq konfransda donor ölkələrdən Suriya fonduna 1,5 milyard dollar yığmağa cəhd göstərir.

Təşkilatın məlumatına görə, təxminən 2 illik Suriya münaqişəsində 60 mindən çox adam ölüb, azı 600 min adam qaçqın düşüb, 2 milyon yarım adam isə aclıqla üzləşib.
XS
SM
MD
LG