Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:19

Özəl təhsil müəssisələrinin fəaliyyəti yoxlanılacaq


Təhsil Nazirliyi yaxın günlərdə Azərbaycanda fəaliyyət göstərən bütün özəl təhsil müəssisələrində monitorinqlərə başlayacaq.

Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev APA-ya açıqlamasında deyib ki, monitorinqlər bütün təhsil müəssisələrinin lisenziya tələblərinə uyğun fəaliyyət göstərib-göstərmədiyini araşdırmaq məqsədilə təşkil olunacaq.

O bildirib ki, monitorinq yanvardakı tətillə əlaqədar ayın sonundan başlanacaq və 2012-2013-cü tədris ilinin sonuna kimi davam edəcək:

«Qaydalara əsasən, Təhsil Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi ilə birgə aparılacaq monitorinqlər özəl təhsil müəssisələrini əhatə edəcək. Lakin özəl ali təhsil müəssisələrinin yoxlanmasına ehtiyac yoxdur, çünki onlar daima nəzarətdirlər.

Monitorinqlər zamanı lisenziya şərtlərini pozan məktəblərə qarşı müəyyən tədbirlər görülə bilər. Hər il təhsil müəssisələri onlarda lisenziya şərtlərinə uyğun olaraq hansı dəyişikliklərin baş verdiyi barədə Təhsil Nazirliyinə məlumat verirlər. Monitorinq də həmin dəyişikliklərin yoxlanması məqsədilə həyata keçiriləcək».
XS
SM
MD
LG