Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:19

DİN: Gəncənin polis rəisi öz xahişi ilə işdən azad edilib


Rasim Musayev
Rasim Musayev
-

Gəncə şəhər Baş Polis İdarəsinin rəisi, general-mayor Rasim Musayev tutduğu vəzifədən azad edilməsi xahişi ilə Daxili İşlər Nazirliyinə (DİN) raportla müraciət edib.

DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Trend-ə bildirib ki, onun müraciətinə baxılıb və Rasim Musayev daxili işlər naziri Ramil Usubovun əmri ilə tutduğu vəzifədən azad edilib. O, Daxili İşlər Nazirliyinin Baş kadrlar idarəsinin sərəncamına götürülüb.

Rasim Musayevin səlahiyyətlərinin icrası Gəncə şəhər Baş Polis İdarəsinin rəis müavinlərindən birinə tapşırılıb.

Rasim Musayev 2007-ci ilin noyabrında Gəncə şəhər Polis İdarəsinin rəisi təyin edilib. 2011-ci ildə o, general-mayoru ali xüsusi rütbəsi ilə təltif edilib.

Rasim Musayev Binəqədi rayon Polis İdarəsi rəisinin I müavini, DİN-in İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi vəzifələrində çalışıb. Daha sonra Sabunçu rayon Polis İdarəsinin 15-ci bölməsinə rəhbərlik edən polis zabiti 2005-2007-ci illərdə Cəlilabad rayon Polis İdarəsinin rəisi olub.
XS
SM
MD
LG