Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:32

Azərbaycanda internet mağaza açmaq asandırmı? - [Video]


-


Evindən çıxmadan harada mal bəyənmək olar? Əlbəttə ki, İnternetdə. Bəs gəzib-dolaşmadan haradan sifariş vermək olar? Əlbəttə ki, İnternetdə. Bəs Azərbaycanda internet mağazalar özünü doğruldurmu?

Azadlıq FM-də internet mağazalardan birinin rəhbəri Fərid Kərimov online alverdən danışıb:

- Azərbaycanda, dünyada internet mağaza aktualdı... Ölkəmizdə internet mağazalara ehtiyac var. Online sifarişdən istifadə edənlərin sayı da artır...

- Hələki Azərbaycanda Facebook vasitəsiylə sifarişlər daha populyardı. Amma virtual bazarlıq üçün ən etibarlı, ən rahat plastik kartlardan istifadədir.

- Azərbaycanda sahibkar üçün internet mağaza açmaq sərf edir.

- Facebook-da çoxlu satış səhifələri açılır. Əsas şərt internet mağaza açmaq deyil, onu idarə etməkdir.

Verlişə qoşulan internet mağaza sahibi Mikayıl Bayramov:

- Facebookda online mağazalarımız fəaliyyət göstərir. Amma müştərilər daha çox ödəmələri görüşüb bizə ödəyirlər. Müştərilərdə inam yaratmaq üçün görüşmək vacibdir.

- Satış etməmişdən əvvəl Facebook-da status yazıb, insanlardan nəyi istədiklərini soruşuruq. Bundan sonra şərhlərinə cavab veririk. İstəklərini tam dəqiqləşdirib, istədikləri məhsulları gətiririk.

- İnternet mağazalar arasında rəqabət güclüdür. Demək olar ki, hər gün bir online mağaza səhifəsi açılır.
XS
SM
MD
LG