Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:49

Müdafiə Nazirliyi sosial şəbəkələrdə yayılan foto ilə bağlı açıqlama yayıb


Müdafiə Nazirliyi sosial şəbəkələrdə yayılmış foto ilə bağlı açıqlama yayıb.

Açıqlamada bildirilir ki, N saylı hərbi hissənin əsgəri Namazlı Ülvi Eldəniz oğlunun sosial şəbəkələrdə paylaşdığı foto görüntülərlə bağlı araşdırmaya başlanılıb.

«İlkin məlumata görə, eyni çağırışdan və eyni bölgədən olan əsgərlərin Gəncə şəhərinə istəklərini ifadə etmək üçün belə vasitəyə əl atdıqları bildirilir. Buna baxmayaraq, Müdafiə Nazirliyi Hüquq İdarəsinin apardığı araşdırmanın nəticəsi barədə ictimaiyyət məlumatlandırılacaq».

Müdafiə Nazirliyi bildirir ki, bəzi informasiya vasitələrində yayıldığı kimi əsgər Ülvi Namazlı zabit deyil.
XS
SM
MD
LG