Yanvarın 21-i saat 06:00-dan metronun «28 May» stansiyasının əsas girişi (Cəfər Cabbarlı meydanı) təmir işlərinə görə bağlanıb.
Bakı Metropoliteninin məlumatına görə, sərnişinlər bu müddətdə «28 May» stansiyasının ikinci girişindən (Salatın Əsgərova küçəsi) və «Cəfər Cabbarlı» stansiyasının girişindən («28 May» stansiyasının əsas giriş-çıxışı ilə üzbəüz) istifadə edə bilərlər.
Bakı Metropoliteni sərnişinlərin nəzərinə çatdırır ki, təmir yalnız giriş hissədə aparıldığından «28 May» stansiyasından sərnişinlərin çıxışı dəyişməz olaraq qalacaq. Həmişəki kimi giriş bütün istiqamətlərdə, o cümlədən, əsas çıxışdan da mümkün olacaq.
Məlumatda «28 May» stansiyasının əsas girişinin hansı müddətə qədər bağlı olacağı göstərilmir.