Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:23

Bakıda saxlanan avtoritetlər arasında Rusiya vətəndaşları da var


Foto arxiv
Foto arxiv
Bakıda saxlanan bir qrup avtoritet aralarında nüfuz dairələrinin bölgüsünü aparırmış.

Bu barədə APA agentliyi Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir.
Məlumata görə, yanvarın 19-da Xətai rayonundakı «Fərat» çay evində bir qrup şəxsin aralarında nüfuz dairələrinin bölgüsünü aparmaları barədə nazirliyə məlumat daxil olub və araşdırma zamanı məlumat təsdiqlənib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının dərhal həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Etibar Abbasov, əvvəllər məhkum olunmuş Natiq Atakişiyev, Natiq Məmmədov, Rusiya vətəndaşları Xalid Umudov, əvvəllər məhkum olunmuş Əsgər Əsgərov, Tovuz rayon sakini Nemət Abdullayev, Bakı şəhər sakinləri Elman Əliyev, əvvəllər məhkum olunmuş Natiq Eyvazov, Emin Eyvazov, Zaur Məmmədov və Şəki şəhər sakini Ramil Ağasiyev saxlanılıb.

Üzərlərinə baxış zamanı E. Abbasovdan 1 ədəd «Makarov» markalı tapança, 7 ədəd patron və 11,288 qr heroin, X. Umudovdan 1 ədəd nömrəsi silinmiş «TT» markalı tapança və 5,200 qr heroin, E. Əliyevdən 1 ədəd nömrəsi silinmiş «Naqan» markalı tapança, N.Məmmədovdan 3 qr heroin, Ə.Əsgərovdan 2,150 qr heroin, N.Atakişiyevdən 3,074 qr heroin, N.Abdullayevdən 30,60 qr həşiş götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi qaldırılıb, araşdırma gedir.
XS
SM
MD
LG