Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:26

Qldan həbsxanasında işgəncə faktını lentə alan Bedukadze buraxıldı


 Vladimer Bedukadze
Vladimer Bedukadze
Tbilisi şəhər məhkəməsi Qldan həbsxanasında məhbuslara işgəncə verilməsini lentə alan Vladimir Bedukadzeni həbsdən azad edib.
Bu barədə İnterfax agentliyi xəbər verir.

Vəkillər onun 1200 ABŞ dolları girov müqabilində azad edildiyini deyirlər.
Bedukadze istintaqla əməkdaşlığa hazır olduğunu bildirib, vətənə dönə bilməsinə görə, baş prokuror və ədliyyə nazirinə təşəkkür bildirib.

Ötən ilin sentyabrında ona qarşı qiyabi işgəncə vermə ittihamı irəli sürülmüşdü.

Bedukadze cümə günü vətənə dönərkən Tbilisidəki beynəlxalq hava limanında saxlanmışdı.
XS
SM
MD
LG