Keçid linkləri

2026, 11 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 08:51

Əlcəzairdə girov böhranına son qoyuldu

Foto arxiv
Foto arxiv
Əlcəzair ordusu yaraqlıların zəbt etdiyi qaz müəssisəinə hücum edib.

Rəsmi məlumatda ümumilikdə 32 yaraqlı və 23 girovun öldüyü, 685 yerli və 107 xarici əməkdaşın azad edildiyi bildirilir.

Ordu hazırda zavodun ərazisindəki mina və partlayıcıları zərərsizləşdirir.

Ölkənin cənubunda, Liviya sərhəddinin yaxınlığında yerləşən bu zavod, Böyük Britaniyanın "BP", Norveçin "Statoil" və Əlcəzairin "Sonatrach" dövlət şirkətinə məxsusdur.

Zavodu zəbt edən yaraqlılar Fransa ordusunun Malidən çıxarılmasını tələb edirdilər.

Fransa prezidenti Francois Hollande Əlcəzairin böhrana kəskin reaksiyasını alqışlayıb və bildirib ki, burda yaraqlılarla dialoqdan söhbət də gedə bilməzdi.
This item is part of
XS
SM
MD
LG