Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 02:58

Əlcəzairdə girovları azad etmək istəyərkən 7 girov və 11 yaraqlı ölüb


Əlcəzairdə girovları azad etmək üçün bu gün keçirilən əməliyyat zamanı 7 girov və 11 yaraqlı ölüb.

Ölənlərin vətəndaşlığı barədə məlumat verilmir.
30 xarici girovun talyi isə bəlli deyil.

Əlcəzair hökumətinin məlumatına görə, yaraqlılar Nigeriyadan gəliblər və Mokhtar Belmokhdarın rəhbərlik etdiyi qrupun üzvləridir.
O Şimali Afrikadakı “Əl Qaidanın” keçmiş yüksək səlahiyyətli komandiri olub.

4 gün əvvəl Liviya sərhəddinin yaxınlığındakı qaz müəssisəsini zəbt edən yaraqlılar, Fransa ordusunun Malidən çıxarılmasını tələb edirlər.

Onlar xəbərdarlıq edib ki, əgər tələbləri yerinə yetirilməsə bu cür əməliyyatlar davam edəcək.
XS
SM
MD
LG