Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 19:43

Aksiyada saxlananların cərimələrini ödəmək üçün 10 min manat yığılıb


Foto arxiv
Foto arxiv
Əsgər ölümlərinə etirazla bağlı keçirilən aksiyada saxlananların cərimələrini ödəmək üçün 10 min manat yığılıb.

Bu barədə AzadlıqRadiosuna «Müsbət Dəyişiklik» Gənclər Hərəkatından məlumat verilib. Məlumata görə "5 qepik kampaniyası"da 10 000 AZN toplanılıb. İanənin toplanmasında 750 nəfər iştirak edib.

Yanvarın 12-də Bakının mərkəzində «Əsgər ölümünə son» aksiyasında saxlanan 22 nəfər ümumilikdə 10 500 manat cərimə edilib və bundan sonra cərimənin 5 qəpikliklə yığılması kampaniyası başlayıb.
XS
SM
MD
LG