Keçid linkləri

2026, 17 Avqust, bazar ertəsi, Bakı vaxtı 11:54

Üzünə turşu atılmış baletmeyster Sergey Filinin vəziyyəti sabitdir

Moskvadakı “Bolşoy Teatr”ın baş baletmeysteri Sergey Filinin vəziyyəti sabitdir.
O reanimatsiyadan palataya köçürülüb.

Baş həkim Aleksandr Mitichkin bildirib ki, onun görüb-görməyəcəyi 2 həftədən sonra bəlli olacaq.

Sergey Filin cümə axşamı gecə evinə dönərkən naməlum adam onun sivətinə kimyəvi turşu atıb.
Faktla bağlı cinayət işi açılıb.

Versiyalardan biri onun peşəkar fəaliyyəti ilə bağlıdır.
Tanışlarından biri Filinin dəfələrlə hədələndiyini deyir.
This item is part of
XS
SM
MD
LG