Keçid linkləri

2026, 10 İyul, cümə, Bakı vaxtı 21:52

Misirdə müsəlmanlar kilsəni daşa basıb

Misir polisi cümə günü əl Maraşad qəsəbəsində, kilsənin ətrafında baş verən hərc-mərcliyi dayandırmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Bu qəsəbə Kena əyalətində yerləşir.

Polis yaxınlaşanda yüzlərlə müsəlman kilsəni daşa basıb.

Bundan başqa qəsəbədə xristian-koptlara məsxus bir neçə ticarət köşkü yandırılıb.
Yerli sakinlər mağaza sahiblərindən birini 6 yaşlı müsəlman qıza hücum etməkdə ittiham edir.

Hakimiyyət məsələnin araşdırıldığını deyir.

Xristianlar 82 milyonluq Misir əhalisinin 10 faizini təşkil edir.
This item is part of
XS
SM
MD
LG