Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 23:26

«Naxçıvan məsələsi təkcə naxçıvanlıların deyil, bütün Azərbaycanın problemidir»


Məhəmməd Qurbanov
Məhəmməd Qurbanov
-
Bakıda yaşayan bir qrup naxçıvanlı ziyalı və ictimai fəal hakimiyyət qarşısına tələb qoyublar. Onların tələbi həbsdə olan işadamı Məhəmməd Qurbanov və onun kürəkəni Nadir Məmmədovun azadlığa buraxılması, Naxçıvanda baş verən hüquq pozuntularının aradan qaldırılmasıdır.

Bu haqda AzadlıqRadiosuna AXCP sədrinin müavini Asəf Quliyev məlumat verib. Onun bildirdiyinə görə, yanvarın 26-dək tələbləri yerinə yetirilməsə, Naxçıvanın Bakıdakı nümayəndəliyi qarşısında mitinq keçirəcəklər:

«Məhəmməd Qurbanov və Nadir Məmmədovun həbsi siyasi sifarişdir. Məhəmməd Qurbanov noyabrda Naxçıvanda İctimai Palataya üzv yazılmışdı. Həbs olunmazdan bir neçə gün əvvəl hər iki şəxs Palatanın yığıncağına qatılmışdı. Onların İctimai Palataya gəlməsi yerli hakimiyyəti qıcıqlandırıb. Bu həbs bir ailənin problemi deyil, Naxçıvanda insan haqlarının pozulması faktıdır. Naxçıvan məsələsi təkcə naxçıvanlıların deyil, bütün Azərbaycanın problemidir. Ona görə də mitinq keçirmək niyyətindəyik. Naxçıvan məsələsi artıq gündəmə gəlməlidir. Məqsədimiz orada baş verən pozuntuları aradan qaldırmaq üçün bütün siyasi qüvvələrin, insan haqları təşkilatlarının bir araya gətirməkdir. Çalışacağıq ki, həmin təşkilatları Məhəmməd Qurbanovla Nadir Məmmədovun məhkəməsində iştiraka cəlb edək».

Məhəmməd Qurbanov və Nadir Məmmədov ötən ilin dekabrında Sədərək gömrüyündə baş verən insidentdən sonra həbs olunublar. Fakt üzrə Cinayət Məcəlləsinin 315.1-ci və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılıb. Sədərək rayon Prokurorluğu tərəfindən istintaq aparılır. Bu ittihamlarla onlar 3 ildən 7 ilə qədər müddətə azadlıqdan məhrum oluna bilər.

Dekabrın 12-də Sədərək rayon Məhkəməsi hər iki şəxs barəsində 2 aylıq həbs qərarı çıxarıb. Onlar Naxçıvandakı Böyükdüz təcridxanasında saxlanırlar.

Vəkil Xalid Bağırov da hər iki şəxsin həbsini siyasi sifariş sayır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG