Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:16

Gömrükdə bir il yatıb qalan borular...


5 maşın plastik boru bir ildir ki, gömrükdən buraxılmır
5 maşın plastik boru bir ildir ki, gömrükdən buraxılmır
-
İki sahibkarın ötən ilin yanvarında Türkiyədən gətirdiyi 5 maşın plastik boru bir ildir ki, gömrükdən buraxılmır. Malın qiymətinin ucuz olması şübhəsi ilə əvvəlcə Sumqayıt Baş Gömrük İdarəsində araşdırılan iş sonradan Dövlət Gömrük Komitəsinin istintaq idarəsinə verilib.

Sahibkar Ədalət Abbasovun dediyinə görə, hər maşına 7200 manat dövlət rüsumu ödəmələri gömrük əməkdaşlarını razı salmayıb. Ona deyiblər ki, Türkiyədən gətirilən malın sənədlərində qiymət bilərəkdən aşağı göstərilib və hər maşın üçün 15600 manat pul ödəmək gərəkdir. Sahibkar deyilən məbləği ödəməklə razılaşıb, amma bir şərtlə:

«Mən həmin məbləği rəsmi sənədlərlə ödəməyə hazır olduğumu bildirdim. Amma onlar buna razı olmadılar və dedilər, pulu onlara ödəməliyəm. Rəsmi ödənişin mənə heç bir ziyanı yoxdur. Çünki həmin 15600-ün içərisində əsas vergi Əlavə Dəyər Vergisidir. Vergiyə hesabat verəndə, artıq ödədiyim məbləği vergidən geri istəyə bilərəm. Bu baxımdan, rəsmi sənədlərlə ödədiyim artıq pula görə narahat deyiləm. Sadəcə, bunlar məsələni rəsmiləşdirmək istəmirlər».

GÖMRÜK YÜKÜ YENİDƏN DƏYƏRLƏNDİRİB

Gömrüyün müraciəti əsasında Məhkəmə Ekspertiza Mərkəzi bütün malın dəyərini 135 min manat civarında dəyərləndirib. Ədalət Abbasov həmin məbləğə uyğun vergi ödəməyə də hazır olduğunu bildirib. Amma bununla da razılaşmayıblar.

Onun prezidentə, baş prokurora müraciətindən sonra avqustun 14-də cinayət işi açılıb. Ötən ilin noyabrında istintaqın müddəti daha 2 aylıq uzadılıb. Ədalət Abbasov deyir ki, 2013-cü il yanvarın 14-də iki aylıq müddət bitsə də, ortalıqda yenə bir nəticə yoxdur. Sahibkar malın bir il gömrükdə saxlanması, əlavə vəsait ödənilməsi kimi bütün tələbləri inhisarla
Hər maşına 7200 manat dövlət rüsumu ödəmələri gömrük əməkdaşlarını razı salmayıb
Hər maşına 7200 manat dövlət rüsumu ödəmələri gömrük əməkdaşlarını razı salmayıb
əlaqələndirir:

«Mənə elə gəlir ki, cinayət işi açmaq bəhanədir. Məqsəd – malın buraxılma müddətini uzatmaqdır. Yəni, o malı buraxsalar, qiymətlərə təsir edə və bu da monopolistlərin ziyanına ola bilər. Məsələ budur».

MÜSTƏNTİQ: «İSTİNTAQ GEDİR, AMMA SÖZ DEMƏYƏ SƏLAHİYYƏTLİ DEYİLƏM»

İstintaqı aparan müstəntiq araşdırmaların hələ davam etdiyini söylədi və bu barədə dolğun məlumat vermək səlahiyyətinin Gömrük Komitəsinin mətbuat xidmətində olduğunu bildirdi. Amma mətbuat xidmətinin rəhbəri Natiq Axundov çoxsaylı zənglərə cavab vermədi.

Baş Prokurorluqdan da dedilər ki, məsələ barədə dəqiqləşdirmə aparandan sonra məlumat verə bilərlər.

Sahiblərinə verilməyən yük hazırda Gömrük Komitəsinin «Azərterminalkompleks» Birliyinin anbarında saxlanılır.

SAHİBKARLARA DƏYƏN ZƏRƏR 40 MİN MANATI KEÇİB

Natiq Cəfərli
Natiq Cəfərli
Ədalət Abbasov yüklərin saxlandığı müddətdə 40 min manatdan çox ziyana düşdüklərini deyir. Hər gecikmiş gün üçün 5 maşının hər birinə 175 dollar ödənilib. Həmin müddətdə sürücülərin otel və təyyarə ilə Türkiyəyə gedib-gəlmə xərclərini ödəmək məcburiyyətində qalıblar. Bir il ərzində yüklərin gömrük anbarında saxlanmasına nə qədər vəsait tələb olunacağı isə hələ bəlli deyil.

«UZUNMÜDDƏTLİ TƏZYİQLƏR SAHİBKARIN SIXIŞDIRILMASINA HESABLANIB»

İqtisadçı Natiq Cəfərli 5 maşın plastik boru ilə bağlı araşdırmaya 1 il vaxt sərf edilməsini çox uzun müddət sayır. O da məsələni inhisarçılıqla izah edir. Türkiyədən mal gətirən sahibkarlara qarşı belə uzunmüddətli problem yaradılmasını həmsöhbətim daha çox onların bu sahədən sıxışdırılıb çıxarılmasına hesablanmış addım sayır:

«Bəzən bunu ölkədə plastik boru istehsalı ilə əlaqələndirir və qadağalarla daxili bazarın qorunduğu bildirilir. Amma bunun qanuni bazası yoxdur. Olsa belə, daxili bazarın qorunması gömrük rüsumlarının artırılması hesabına həyata keçirilir. Bu zaman sahibkar özü qərar verir ki, yüksək rüsumla ölkəyə mal gətirmək ona sərf edir, ya yox».

Nə qədər xərc və əzab çəksə də, Ədalət Abbasov kiməsə bir qəpik də olsun rüşvət vermək fikrində deyil. O, bütün ödənişlərin rəsmi sənədlərlə aparılmasında sonadək israrlı olacağını deyir.
XS
SM
MD
LG