Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:37

Adamyeyən bəbiri axır ki öldürdülər


-


Nepallı ovçular son illər ərzində ondan çox adamı yediyi güman edilən bəbiri nəhayət ki öldürə biliblər.

Bu barədə yerli polis məlumat verib.

Ölkənin ucqar bölgəsində həmin bəbir bir kəndlinin tövləsinə girib. Kəndli isə qapını bağlayaraq bu haqda yerli ovçulara xəbər verib. Onlar tövlənin divarında deşik açaraq bəbiri güllə ilə vurublar.

Adamyeyən bəbirin sinəsində ağ ləkə olduğu üçün və öldürülən heyvanda da bu əlamət tapıldığı üçün polis güman edir ki, yerli sakinlərə olan təhlükə aradan qaldırılıb.

Sakinlər gecələr küçəyə çıxmaqdan ehtiyat edirdilər.

Bundan əvvəl bəbirin tutulmasına onlarla polis və ovçu cəlb edilsə də, onu həmin ərazidə ələ keçirmək cəhdləri uğursuz olmuşdu.
XS
SM
MD
LG