Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:46

İan Kelly: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli davam etməlidir”


“ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli davam etməlidir.”

APA-nın məlumatına görə, bunu ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan müvəqqəti həmsədri İan Kelly bu gün Vyanada ATƏT-in Daimi Şurasının iclasında bildirib.

O, uzadılmış münaqişələrin ATƏT-in ümumi problemi olaraq qaldığını bildirib və ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojaraya münaqişələr üzrə xüsusi nümayəndə təyin etməyi tövsiyə edib.

Xatırladaq ki, ötən ilin dekabrında amerikalı həmsədr Robert Bradtkenin səlahiyyəti başa çatıb və bu vəzifəyə müvəqqəti olaraq İan Kelly təyin olunub.

O, 2010-cu ildən ABŞ-ın ATƏT-dəki səfiridir.
XS
SM
MD
LG