Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:35

Pakistan polisi nümayişi dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib


Pakistanın Pişəvar şəhərində polis aksiyaçıları dağıtmaq üçün havaya xəbərdarlıq atəşi açıb və gözyaşardıcı qazdan istifadə edib.

Aksiyaçılar təhlükəsizlik qüvvələrini qohumlarının ölümündə günahlandırırlar.

AzadlıqRadiosunun Pakistan xidməti bu gün qubernatorun evi qarşısında keçirilən aksiya zamanı baş vermiş toqquşmada 13 nəfərin xəsarət aldığını xəbər verir.

Aksiyaçıların sözlərinə görə, ötən gecə hərbi geyimdə olan naməlum adamlar evlərə soxularaq azı 14 nəfəri qətlə yetiriblər.
Onların cəsdləri qubernatorun evinin qarşısına düzülüb.

Pakistan hakimiyyəti təhlükəsizlik qüvvələrinin bunda əli olmadığını və bunun yaraqlıların işi olduğunu deyir.
XS
SM
MD
LG