Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:26

Pakistanın korrupsiya ilə mübarizə idarəsi baş naziri həbs eləmir


Pakistanın korrupsiya ilə mübarizə idarəsinin rəhbəri Fasih Bokhari baş nazir Raja Pervez Ashrafı həbs etməkdən imtina edib.

Ali məhkəmə bundan əvvəl onun həbs edilməsi barədə qərar qəbul edib.
Pervez Ashraf korrupsiyada itiham olunur.

Fasih Bokhari bildirib ki, bu məsələylə bağlı ilkin istintaqın artıq hüquqi qüvvəsi yoxdur və baş nazirin günahını sübuta yetirmək üçün əlavə vaxt lazımdır.

Asharafa qarşı ittiham ötən çərşənbə axşamı irəli sürülüb.
Söhbət 2008-2011-ci illərdə su və elektrik təhcizatı naziri olarkən enerji layihələrini təsdiqləmək üçün rüşvət almaqdan gedir.
XS
SM
MD
LG