Keçid linkləri

Təcili xəbərlər
2023, 25 Mart, şənbə, Bakı vaxtı 14:55

TQDK-ya orta məktəb şagirdləri üçün yeni imtahan keçirmək həvalə olundu


TQDK
-

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) haqqında Əsasnaməyə əlavələr edilib.

Bu barədə prezident İlham Əliyev fərman imzalayıb.

Yeni dəyişikliyə əsasən, yekun qiymətləndirmənin (attestasiyanın) təşkili məqsədilə ümumi təhsil müəssisələrinin V-XI sinif şagirdləri arasında monitorinq imtahanlarının keçirilməsi TQDK-ya həvalə edilib.

Nazirlər Kabinetinə və digər aidiyyəti strukturlara fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Trend-ə deyib ki, hazırda TQDK-da fərmanın icrasından irəli gələn işlərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Monitorinq imtahanı ilə bağlı məsələlər, eyni zamanda onun keçirilmə vaxtı barədə məlumatlar müzakirələr başa çatdıqdan sonra bəlli olacaq. Bu işlərin qısa müddətdə yekunlaşması nəzərdə tutulur.
XS
SM
MD
LG