Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:08

Bakı bulvarında yük maşınlarının hərəkəti üçün yol salınır


Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov AzərTAc-a bildirib ki, parka Kukla Teatrının qarşısından olan giriş tamamilə sökülüb. Həmin ərazidən başlayaraq bulvar boyu döşənmiş daşlar söküləcək və ağır yük maşınlarının hərəkəti üçün yol salınacaq.

Əvvəllər bulvarın ərazisində ağır texnikalar hərəkət etmirdi. İndi isə bulvar ərazisində zibildaşıyan, su maşını, elektromobillər hərəkət edir. Bu zaman isə daşlar xarab olur.

Bulvar idarəsinin rəsmisi bildirib ki, bulvara insanların isti vaxtlarda axınının çox olmasını nəzərə alaraq işlər qış aylarında görülür. Bütün işlərin cari ilin mart ayınadək başa çatdırılması nəzərdə tutulub.
XS
SM
MD
LG