Keçid linkləri

2026, 20 Sentyabr, bazar, Bakı vaxtı 18:45

Guardiola «Bayern Münhen»in məşqçisi oldu

Pep Guardiola
Pep Guardiola
-

Dünyanın ən tanınmış futbol məşqçilərindən biri Pep Guardiola Almaniyanın «Bayern Münhen» klubunu çalışdırmağa razılıq verib.

Keçmiş «Barselona» məşqçisi ötən gün 3 illik müqaviləyə imza atıb.

O, bu mövsümün sonlarına yaxın Jupp Heynckes-i əvəzləyəcək.

Guardiola-nın idarəçiliyi altında «Barselona» 4 il ərzində 14 müxtəlif kubok qazanıb, o cümlədən iki dəfə Çempionlar Liqasının qalibi olub.

«Bayern» isə ötən mövsüm Çempionlar Liqasının finalında «Çelsi»yə məğlub olmuşdu.
This item is part of
XS
SM
MD
LG