Keçid linkləri

2017, 24 May, çərşənbə, Bakı vaxtı 17:49

Pakistanla Hindistan atəşkəsə əməl etmək razılığına gəliblər


Pakistanla Hindistan mübahisəli Kəşmir regionunda gərginliyi səngitmək və tərəflər arasında əldə edilmiş atəşkəs rejiminə əməl etmək razılığana gəliblər.

Hindistan ordusunun sözçüsü belə bir razılaşmanın hərbi komandirlər arasında telefon söhbəti zamanı əldə olunduğunu deyir.

Son günlər Kəşmirdə baş verən silahlı insidentlər nəticəsində 2 Pakistan və 2 Hindistan əsgəri ölüb.

2003-cü ildə tərəflər arasında atəşkəs razılaşması əldə olunub.
Kəşmirə görə indiyədək Pakistanla Hindistan arasında 3 dəfə müharibə olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG