Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Dekabr, çərşənbə, Bakı vaxtı 02:05

Tehranda İranın nüvə proqramı müzakirə edilir


Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişləri Tehranda danışıqlara başlayıblar.
Agentliyin müfəttişləri Tehran ətrafındakı “Parçin” obyektinə buraxılacaqlarına ümidlə yanaşırlar.

İSNA agentliyinin məlumatına görə danışıqlar İran Atom Agentliyinin Tehrandakı baş qərərgahında aparılır.
Danışıqlar barədə hələlik ətraflı məlumat verilmir.

Yanvarın 28-29-da isə İranla 6 aparıcı dünya ölkəsi arasında danışıqlar gözlənilir.
Amma danışıqların yeri hələlik bəlli deyil.

Qərb İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır.
Tehran ittihamə rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.
XS
SM
MD
LG