Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:06

Bakıda Türkiyə-Azərbaycan Müdafiə Sənayesi üzrə toplantı keçiriləcək


Türkiyə Milli Müdafiə Nazirliyi və müdafiə sənayesi sektorunda fəaliyyət göstərən firmaların nümayəndə heyəti Azərbaycana gələcək.

APA-nın məlumatına görə, yanvarın 22-dən 25-dək davam edəcək səfər çərçivəsində Bakıda birinci Türkiyə-Azərbaycan Müdafiə Sənayesi üzrə Əməkdaşlıq toplantısı keçiriləcək.

Toplantıda iki ölkə arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunacaq.

Türk firmaları həmçinin Müdafiə Nazirliyi, digər hərbi qurumlar və güc strukturlarında təqdimatlar keçirəcək.
XS
SM
MD
LG