Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:19

Rasim Balayev istintaqa çağrıldı


Rasim Balayev
Rasim Balayev
-

Azərbaycan mətbuatında Xalq artisti Rasim Balayevin istintaqa çağrılması barədə məlumat yayılıb. Bu xəbəri dəqiqləşdirmək üçün xalq artisti ilə əlaqə saxladıq.

Rasim Balayev ANS PRESS-ə açıqlamasında xəbəri təsdiqlədi.

Onun sözlərinə görə, tanınmış dramaturq və rejissor Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqına qarşı cinayət işi başlanıb. Hazırda bununla bağlı Vergilər Nazirliyinin İstintaq İdarəsində araşdırmalar gedir.

“2009-cu ildə Kino Festivalının keçirilməsi üçün Mədəniyyət Nazirliyindən Kinematoqrafçılar İttifaqına 30 min manat ödənilmişdi. Lakin o vaxt onun 9 min manata qədər vergisi ödənilməyib. Bu səbəbdən də, cinayət işi başlanıb. İttifaqın bütün əməkdaşları istintaqa cəlb olunub. Biz bununla bağlı Mədəniyyət Nazirliyinə müraciət etmişik. İndi mən də istintaqa ifadə vermək üçün gedəcəyəm”, - deyə Rasim Balayev bildirib.
XS
SM
MD
LG