Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:18

Panjikidze:"Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü tanıyır"


Gürcüstanın xarici işlər naziri Maia Panjikidze Azadlıq Radiosuna eksklüziv müsahibəsində Ermənistanda və Gürcüstanda böyük hay-küy yaratmış bəyanatına aydınlıq gətirib.

Onun keçən həftə Litva parlamentində Azərbaycan və Qarabağ münaqişəsindən dedikləri haqda məlumatlardan sonra Gürcüstanda müxalifət Panjikidzenin istefasını tələb edir. Panjikidze yanvarın 18-də parlamentə izahat verməyə çağırılır.

Ermənistan və Gürcüstan medialarının məlumatlarına görə, Panjikidze Litvada deyib ki, Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər.

Gürcüstan müxalifətinin fikrincə, Panjikidzenin bəyanatı Erməni mediasında qalmaqal yaradıb, bu isə arzuolunmazdır, çünki yanvarın 17-də isə Gürcüstanın baş naziri İvanishvili Yerevana səfər etməlidir, indi bu səfər ləğv oluna bilər.

Panjikidze isə Azadlıq Radiosuna deyir ki, onun dedikləri ilə dedikləri haqda məlumatlar fərqlidir. Onun iki müxtəlif suala cavabını bir yerə cəmləyiblər.

Azadlıq Radiosu: Keçən həftə Litvada nə baş verib?

Panjikidze: "Suala görə çox sağ olun. Baş verənlərin iki səbəbi var. Birincisi, Gürcüstan mediası Azadlıq Radiosundan fərqli olaraq informasiyanı yenidən yoxlamır.

İkincisi, Gürcüstan müxalifəti öz dar partiya maraqlarından çıxış edir.

Əslində isə hər şey tamam başqa cür olub. Bunlar Litva parlamentinin Avropa Araşdırmaları Mərkəzində baş verib, maraqlananlar baxa bilərlər.

Azərbaycan səfirinin sualına cavab verərkən mən dedim ki, Gürcüstan Azərbaycanın ərazi bötövlüyünü və suverenliyini tanıyır.

Bundan sonra Ermənistan səfiri soruşdu ki, bütün münaqişələr eynidirmi və bütün münaqişələri bu modellə həll etmək mümkündürmü?

Mən cavab verdim ki, hər münaqişə özünəməxsusdur və elə bir resept yoxdur ki, bütün münqişələri bir reseptlə həll etmək mümkün olsun.

Dediklərim yalnız bunlardır.
Bundan sonra mənim sözlərimi kim , necə yozub, bunu artıq mən bilmirəm."



Belə baxanda Panjikidze Azərbaycanın ərazi bütövlüyü haqda Gürcüstanın həmişə dediyi rəsmi mövqeni təkrar edib. Bəs problem nədədir?
Onun dediyi ilə dediyi haqda məlumatlar arasında fərq nədədir?

Erməni mediaisında gedən məlumatlarda əsas narazılıq Azərbaycanın ərazi bütövlüyü ilə Dağılıq Qarabağ probleminin həllinin bir yerdə çəkilməsindəndir. Yəni belə bir fikir aşılanır ki, bunlar iki fərqli məsələdir - Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycanın ərazi bütövlüyünə dəxli yoxdur.

... Gürcüstanın baş naziri İvanishvili isə nəzərdə tutulduğu kimi yanvarın 17-də Yerevana səfərə gedəcək. Səfər təxirə salınmır. Bunu Ermənistanın xarici işlər nazirliyindən Armenpressə bildiriblər. İvanishvili Ermənistan prezidenti, eləcə də bütün ermənilərin katolikosu və başqaları ilə görüşəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG