Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:24

2013-cü il İnformasiya-kommunikasiya texnologiyaları ili elan olunub


Yanvarın 15-də keçirdiyi müşavirədə prezident İlham Əliyev 2013-cü ili «İnformasiya-kommunikasiya texnologiyaları ili» elan edib.

«Bu müstəqillik dövründə doğrudan da, biz elə böyük uğurlara imza atmışıq ki, hər bir Azərbaycan vətəndaşı bununla fəxr edə bilər. Onların içində peykin buraxılması xüsusi yer tutur. Bu, həm böyük məna daşıyır, həm də bunun böyük rəmzi mənası vardır. Əminəm ki, bu hadisə gələcəkdə müasirliyə, inkişafa doğru atılan addımlarımızı artıracaqdır. Bu hadisəni və ümumiyyətlə, İKT sahəsinə verilən diqqəti və bu sahədə əldə edilmiş uğurları nəzərə alaraq mən 2013-cü ili «İnformasiya-kommunikasiya texnologiyaları ili» elan edirəm və hesab edirəm ki, 2013-cü ildə bu sahədə biz daha da böyük nailiyyətlərə çatmalıyıq», deyə prezident bildirib.
XS
SM
MD
LG