Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:23

Belarus prezidenti villa və təyyarəsindən danışıb


Belarus prezidenti Alyaksandr Lukashenka Qərb mediasında iddia olunduğunun əksinə köhnə bir iqamətgahda yaşadığı və işlənmiş təyyarə aldğını deyib. Yanvarın 15-də 5 saatlıq mətbuat konfransında Lukashenka jurnalistlərə bildirib ki, “mənim guya ki lyuks villada yaşamam və qızıl pərdələri olan təyyarədə uçmağım haqda iddialar boş-boş söhbətlərdir. Mənim Türkmənistandan aldığım işlənmiş təyyarədə doğrudan da tualet və duş kabinəsi var, amma pərdələri yoxdur.

Lukashenka 1994-cü ildən Belarusun prezidentidir və Konstitusiyada elədiyi dəyişiklikllərə görə, istədiyi qədər prezident seçilə bilər.
Avropa Birliyi və ABŞ insan haqlarını boğduğu və müxalifət qarşı təzyiqlərinə görə ona qarşı bir sıra sanksiyalar tətbiq ediblər.
XS
SM
MD
LG