Keçid linkləri

Təcili xəbərlər
2021, 21 İyun, Bazar ertəsi, Bakı vaxtı 08:26

ATƏT 12 yanvar aksiyasında jurnalistlərə təzyiqləri pisləyir



ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Dunja Mijatovic 12 yanvar aksiyasında jurnalistlərə qarşı polis zorakılığından narahat olduğunu bildirib və Azərbaycanın Xarici və Daxili İŞlər nazirlərinə müraciət göndərib.

Yayılan bəyanatda deyilir ki, aksiya zamanı peşə borcunu yerinə yetirən, fərqləndirici gödəkcələr geyən və aksiyanı işıqlandırmaq istəyən bir neçə jurnalistə qarşı zorakılıq edilib və onlara mane olunub.

Mijatovic Azərbaycanda media işçilərinə qarşı istənilən zorakılığı pisləyib və Azərbaycan hökumətini təcili bu faktları araşdırıb – günahkarları cəzalandırmağa çağırıb.
XS
SM
MD
LG