Keçid linkləri

2017, 22 Sentyabr, Cümə, Bakı vaxtı 17:49

"Total" və ARDNŞ rəhbərliyi yeni layihələri müzakirə ediblər


Yanvarın 15-də Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev «Total E&P»nin Kontinental Avropa və Mərkəzi Asiya üzrə baş vitse-prezidenti Maykl Borrel və “Total-Azərbaycan” şirkətinin baş meneceri Kristian Qyudiçelli ilə görüşüb.

«APA-Economics»in yaydığı məlumata görə, görüşdə “Şahdəniz” yatağının işlənməsinin 2-ci fazasına hazırlıq işləri, Azərbaycanda hasil olunan təbii qazın nəqli məsələləri və bu çərçivədə TANAP layihəsi, habelə “Abşeron” yatağının işlənilməsi konsepsiyası üzrə ilkin baxışlar ətrafında geniş fikir mübadiləsi aparılıb. Tərəflər görülən işlərdən razılıq ifadə edərək, qarşıda duran vəzifələrdən danışıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG