Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:37

Azərbaycan konsulu Kaliforniya Senatını ziyarət edib


Azərbaycanın Los Ancelesdəki Baş konsulu Nəsimi Ağayev Kaliforniya Ştat Senatının plenar sessiyasında çıxış edib. Baş konsul Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizə, Azərbaycanın 70 milyard dollarlıq ÜDM həcminə görə regionun iqtisadiyyatının 80%-ni təşkil etməsindən, BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi və tolerantlıqdan danışıb. Baş konsul Azərbaycanda yəhudi icmasının sərbəst mövcudluğunu və İsraillə dost münasibətləri olan azsaylı müsəlman dövlətlərindən biri olmasını vurğulayıb.

Ağayev Xəzər hövzəsi kimi önəmli bir bölgədə Azərbaycanın ABŞ-ın etibarlı və mühüm tərəfdaşı olduğunu qeyd edib və Azərbaycanın Kaliforniya ilə əməkdaşlığı genişləndirmək niyyətlərindən danışıb.
XS
SM
MD
LG