Fransa prezidenti Francois Hollande yanvarın 15-də deyib ki, Malidə islamçı yaraqlılara qarşı əməliyyatlarda iştirak edən fransız əsgərlərinin say 750-ə çatdırılıb və daha da artırılacaq. Fransa prezidenti bir həftə ərzində, Afrika dövlətlərinin sülhyaratma qüvvələri gələnə qədər hökumətə yardım edəcəklərini də əlavə edib.
Ötən cümə günündən etibarən Fransa qoşunları və aviasiyası 2012-ci ilin Aprelindən bəri ölkənin şimalını tutan islamçı yaraqlılarla mübarizədə Mali hökumətinə yardım üçün bu ölkəyə yeridiliblər.
Bazar ertəsi BMT Təhlükəsizlik Şurası da Fransanın bu addımını dəstəkləyib.