Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:43

«Amnesty International» İsa Qəmbərə hücumla bağlı bəyanat verib


Amnesty International
Amnesty International
Müxalifətdən prezidentliyə namizəd İsa Qəmbərə qarşı təşkil olunmuş hücum ciddi araşdırılmalıdır.

«Amnesty International» hüquq-müdafiə təşkilatı Müsavat Partiyasına istinadən bildirir ki, bazar günü Lənkəranda İsa Qəmbərin maşını 10 avtomobil tərəfindən əhatəyə alınıb. 100 nəfərdən çox adamın olduğu dəstə onları daş və yumurta atəşinə tutub. Avtomobilin pəncərələrini sındırıblar. İsa Qəmbərin əhatəsində olan 9 nəfər xəsarət alıb. Yumruq və təpiklə döyülüb. Partiya sədrinin müavini Gülağa Aslanlının ayağının üstündən maşın keçib. Hücum zamanı Müsavatın fotoqrafı Mehman Kərimovun kamerası əlindən alınıb.

Yaxınlıqda olan polis əməkdaşları müdaxilə etməyiblər. İsa Qəmbər və onu müşayiət edən şəxslər əhatəni yarıb çıxıblar. Ancaq bundan sonra da onları 5 maşın bir neçə kilometr izləyib.

«İsa Qəmbərə qarşı açıq-aşkar təşkil edilmiş hücum və polisin müdaxilə etməməsi çox narahatlıq doğurur və araşdırılmalıdır». «Amnesty International»-ın Avropa və Mərkəzi Asiya üzrə direktoru John Dalhuisen bildirib.

«Hakimiyyət dərhal insidentin araşdırılmasına başlamalıdır. Azərbaycanın avropalı tərəfdaşları müxalifətdən prezidentliyə namizədə qarşı bu cür ciddi hücumun baş verməsinin səbəblərinin açıqlanmasını tələb etməlidir» .

«Amnesty International» Bakıda əsgər ölümlərinə etiraz olaraq keçirilən aksiyada saxlananlara da toxunur.

2000-ə yaxın adam gənc əsgərin ölümünə etiraz olaraq toplaşıb. Aksiyanın siyasi partiyalar tərəfindən təşkil olunmadığına baxmayaraq, 50-yə yaxın fəalı polis saxlayıb. Onlardan 22-si 300-dən 600 AZN-ə qədər cərimə olunub.

«Bu yaxınlarda bir neçə vicdan məhbusunu azadlığa buraxmasına baxmayaraq, Azərbaycan hökuməti dinc şəkildə narazılıq bildirməsinə görə müxalifət fəallarının həbsini davam etdirir», Dalhuisen bildirib.

«Müxalifət namizədinə hücumla birlikdə, bu həbslər sərbəst toplaşma və ifadə azadlıqlarının qorunacağı azad və ədalətli prezident seçkisi üçün yaxşı bir şey vəd etmir».
XS
SM
MD
LG