Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:35

«The Independent» İsa Qəmbərə hücumdan yazır


İsa Qəmbərin maşını
İsa Qəmbərin maşını
-

Qəzet yazır ki, Azərbaycanın ən görkəmli müxalifət fiqurlarından biri basqına məruz qalıb. Polisin hadisəyə biganə davrandığı və işə qarışmadığı ehtimal olunur.

Müsavat Partiyasının lideri, bu ilki prezident seçkilərində namizədlərdən biri İsa Qəmbər bildirib ki, ona və partiyasının digər rəsmilərinə 100-dək adam hücum edib. Partiya üzvlərinə xəsarət yetirilib və onların maşınlarına ziyan vurulub.

«The Independent» yazır ki, prezident İlham Əliyev kiçik və neftlə zəngin ölkəni sərt idarə edir və ən kiçik azadfikirliyə dözümsüzlük göstərir. Qəzet baş verənləri qarşıdan gələn prezident seçkiləri ilə bağlı artan gərginliklə izah edir.

Məqalədə deyilir ki, bu seçkilərdə İlham Əliyev üçüncü dəfə prezident olmaq niyyətindədir.

İsa Qəmbər
İsa Qəmbər
«The Independent» yazır ki, İlham Əliyev İsa Qəmbərə ədalətsiz olduğuna inanılan 2003-cü il prezident seçkilərində qalib gəlib.

Xəbər verilir ki, Lənkəranda törədilmiş bu basqın zamanı İsa Qəmbər və onu müşayiət edənlər qaçmağa çalışarkən bir dəstə adam onları təqib edib və daşa basıb.

«Amnesty International» insan haqları təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru John Dalhuisen bu basqının və polisin münaqişəyə qarışmamasının çox güman, təşkil edildiyini bəyan edib. O, deyib ki, bu hadisə olduqca narahatedicidir və təhqiq olunmalıdır.

Cənab Dalhuisen əlavə edib ki, bu insident seçkiqabağı baş verən narahatedici hadisələrdən yalnız biridir. O, deyib ki, bu yaxınlarda bir neçə vicdan məhbusunun azadlığa buraxılmasına baxmayaraq, Azərbaycan hökuməti azad fikri dinc ifadə edənlərin həbslərini davam etdirir.

Azərbaycan hökuməti baş verən hadisəyə hələlik reaksiya göstərməyib.

ORTA AYLIQ ƏMƏKHAQQINDAN YÜKSƏK CƏRİMƏLƏR

«Əsgər ölümünə son» aksiyası
«Əsgər ölümünə son» aksiyası
«The Independent» yazır ki, orduda xidmət edən əsgərlərin dinc şəraitdə ölməsinə ötən həftəsonu Bakıda etiraz edən aksiyaçılardan 21 nəfəri 500 funt sterlinq civarında cərimə edilib, bu isə ölkədə orta aylıq əməkhaqqından yüksəkdir.

Qəzet yazır ki, seçkiqabağı azadfikirliyi boğmaq istəyən hökumət bu yaxınlarda icazəsiz aksiyalarda iştirak üçün cərimələri xeyli qaldırıb.

Bu da qeyd olunur ki, Bakının mərkəzində etiraz aksiyalarına icazə verilməməsi və medianın əsasən hakimiyyətin əlində olması İsa Qəmbər kimi müxalif fiqurları şəxsi və ya internet vasitəsilə kampaniya aparmaq məcburiyyəti qarşısında qoyur.

«The Independent» yazır ki, sözü gedən etiraz aksiyasını Facebook-da 17 min adamın qoşulduğu kampaniya təşkil edib.
XS
SM
MD
LG