Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:19

Molière ilk dəfə Musiqili Komediya Teatrında «Skapenin kələkləri»ni açacaq...


Arxiv foto
Arxiv foto
-

Dövlət Musiqili Komediya Teatrı yeni ilin ilk premyerasına hazırlaşır.

Teatr Qərbi Avropa ədəbiyyatında klassik komediya janrının banisi J.B. Molière-in (Molyer) «Skapenin kələkləri» komediyasını təqdim edəcək.

Xəbəri AzadlıqRadiosuna teatrın mətbuat xidməti verib.

Bu komediya Molière-in Musiqili Komediya Teatrının səhnəsində oynanılan ilk əsəridir.

İki hissəli tamaşanın quruluşçu rejissoru Əsgər Əsgərovdur.

Əsgər Əsgərov uzun illər Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb, 1990-1996-cı illərdə bu teatrın baş rejissoru olub. Moskvada, Mayakovski adına Akademik Dram Teatrında təcrübə keçdikdən sonra Milli Dram Teatrında quruluşçu rejissor çalışıb.

Musiqili Komediya Teatrının binasında təmir aparıldığından, «Skapenin kələkləri» yaxın günlərdə Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində göstəriləcək.

Hələlik isə teatrın müvəqqəti fəaliyyət göstərdiyi Dənizçilərin Mədəniyyət evində son məşqlər gedir.
XS
SM
MD
LG