Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

Facebook asılılığından qurtulmağın yolları


-

Facebook-dan birbaşa şərh yaz

Facebook-dan birbaşa şərh yaz

Facebookda paylaşılan status, video, profil şəkil, seçilən nik, yazı üslubu istifadəçinin psixologiyasından xəbər verir.

Bəs sən özünü tanıyırsanmı?

Psixoloq İbrahim İbrahimli Azadlıq FM-də səni özünə tanıdır.


Facebookda yaz

İbrahim İbrahimlinin verilişdə dediklərindən:

- Tanınmış kəslərin statusunu və ya “imtahana hazırlaşıram” kimi statuslar paylaşmaq mütaliəli olmağı nümayiş etdirməkdir.

- Facebook-a asılılıqdan qurtulmaq üçün insan mütləq digər məşğuliyyət tapmalıdır. Bu elə bir aləmdir ki, insan təslim olmaya bilmir. Bunun qarşısına ciddi işlə çıxmaq lazımdır. Ancaq bu yolla buna qalib gəlmək olar.

- “like” istəyənlər çalışırlar ki, daha çox diqqət mərkəzində olsunlar. Bu həm də “narsizm”dən irəli gəlir.

- Kompleksli insanları sosial şəbəkə daha cəsarətli edir. İnsanın darıxmamaq problemini də həll edir. Psixoloji zədə alan insanları isə sosiallaşdırmır, daha bir psixoloji zərbə vurur.

- Facebook yanıldıcı ola bilər. Facebook insanda eqoizmi artırır. Sosial şəbəkə insanın reallıqla əlaqəni kəsə bilər. Müsbət tərəfləri də var. Bəzi TV-lərin deyə bilmədiklərini deyə bilir. Facebook dostlarla qısa müddətdə əlaqə yaratmaq üçün, reklam üçün əvəzolunmazdır.

- Hər bir insan paylaşdığı şəkil və ya status ilə müəyyən kütlənin rəğbətini qazanır.
Qızlar profilə uşaq şəkilləri qoyur. Bu analıq instinkti ilə bağlıdır.
Bəzən öz şəkillərini qoymurlar, gizlədirlər. Qarabuğdayı qızlar qarabuğdayı olan qızların şəkilləri qoyurlar. Yəni bununla mesaj vermək istəyirlər ki, “qarabuğdayıyam”

- Kimsə canavar şəklini qoyub. Bunu analiz etdikdə onun aqressiyası üzə çıxır. Mahnılarla da şüuraltı olan nələrisə ifadə edirlər. Kədərli mahnılar, videolar, statuslar daha çox axşamçağı yayılır.

- Virtual aləm şüuraltının boşalmasına şans yaradır. Kimi şüuraltındakı sevgilisindən yazır, kimi dərdlərini açır. Virtual aləmdə hər kəs bir şəkildə özünü xoşbəxt hiss edir. Bir növ arzularına çatır.

Verilişin “Burulğan” rubrikasında gənc fəal, “Əsgər ölümlərinə yox” aksiyasının təşkilatçılarından biri İlkin Rüstəmzadə efirdə aksiya zamanı saxlanan gənclərə yardımdan danışıb:

  • Əsgər aksiyasına çıxdığına görə 20-dən çox gənc cərimələnib. Gənclərsə hələlik fikirləşirlər ki, pulları 5 qəpik formasında ödəsinlər. Artıq bununla bağlı Facebook-da “event” yaradılıb və xeyli gənc bu “event”ə qoşulub. Cərimənin ödənilməsi üçün xeyli insan 5 qəpiklər toplamağa başlayıb... “Event”in detalları haqda yaxın günlərdə insanlara açıqlama verəcəyik.
  • Aksiyanın keçirilməsiylə bağlı mənə və ailəmə ciddi təzyiqlər oldu. Mənsə düşündüm ki, bu məsələni ictimailəşdirim, buna görə də Facebook-da insanlara müraciət yazdım...
XS
SM
MD
LG