Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:37

İki Azərbaycan vətəndaşı İstanbuldan İzmirə uçan təyyarədə olay çıxarıb


Arxiv foto
Arxiv foto
-

İki Azərbaycan vətəndaşı İstanbuldan İzmirə uçan təyyarədə olay çıxarıb

Sonradan içkili olduqları anlaşılan L.Y. və F.Ü.-nün söndürülməmiş mobil telefonlarına gələn zənglər uzun müddət sərnişinləri rahatsız edib. Mobil telefonlarını bağlamayıb yuxuya gedən həmin şəxslər təyyarə bələdçilərinin xəbərdarlığını da qulaqardına vurublar.

Türkiyənin «Hürriyet» qəzeti yazdığına görə, hadisə yanvarın 12-də saat 22.20 radələrində İstanbuldan İzmirə uçan təyyarədə baş verib. Uçuş zamanı Azərbaycan vətəndaşları L.Y. və F.Ü.-nün telefonlarına bir neçə dəfə zəng gəlib. Bələdçilər onları oyadıb telefonlarını söndürmələrini istəsələr də, onlar xəbərdarlıqları nəzərə almayıblar. Digər sərnişinlərin etirazları da qulaqardına vurulub.

Təyyarə İzmirdəki Adnan Menderes Hava Limanına enəndən sonra da qalmaqal bitməyib. Həmin iki nəfər aeroportun xidmət avtobusunda və avtobusdan düşəndən sonra onlara etiraz edənlərlə dava-dalaş salıblar. Sərnişinlərdən biri – Teyfik Çağlan yaralanıb. Polis dalaşanları güclə ayırıb. L.Y. və F.Ü. saxlanıb. İfadələri alınandan sonra onlar sərbəst buraxılıblar.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG