Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:18

Hosnu MUbarakın işinə yenidən baxılacaq


Hosni Mubarak
Hosni Mubarak
Qahirə məhkəməsi ömürlük həbsə məhkum edilmiş keçmiş prezident Hosni Mubarakın işinə yenidən baxılması barədə qərar qəbul edib.

Qərar vəkillərin apellyasiya şikayətinə baxılarkən qəbul edilib.

Mubarak onun devrilməsi ilə nəticələnmiş nümayişlər dağıdılarkən yüzlərlə adamın öldürülməsinə görə həbs edilib.

Məhkəmə bu işlə bağlı ömürlük həbsə məhkum edilmiş keçmiş daxili işlər naziri Habib al Adlinin də işinə yenidən baxılması barədə qərar qəbul edib.

Mubarak devrilənədək 30 il hakimiyyətdə olub.

Hazırda onun 2 oğluda korrupsiya ittihamı ilə məhkəməyə cəlb olunub.
XS
SM
MD
LG