-
Yanvarın 13-də Hacıqabul rayonu, Pirsaat stansiyasında dəmiryol qəzası baş verib. 40 vaqondan ibarət hər birinin tutumu 60 ton olan xam neftlə dolu 7 vaqon xətdən çıxıb. Onlardan 3-ü aşıb. Vaqonlar Bakı-Gürcüstan istiqamətində hərəkət edirmiş.
Xəbəri Fövqəladə Hallar Nazirliyinin saytı yayıb.
Məlumatda deyilir ki, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə gəlib. Aşmış vaqonlar və ətrafa dağılan xam neft 800 kv.m sahədə yanıb. Yanğından vaqonların qalan hissəsi və yaxınlıqdakı evlər mühafizə olunub. Yanğın saat 02:24-də söndürülüb.
Hazırda yanğınsöndürənlər hadisə yerində növbə çəkir.
Hadisə ilə bağlı təhqiqat aparılır.