Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:22

İraqda etiraz aksiyaları davam edir


Foto arxiv
Foto arxiv
Cümə günü İraqda minlərlə sünni müsəlmanı yenidən hökumət əleyhinə nümayişə çıxıb.
Aksiyaçılar sünni azlığının təqib edilməsinə son qoyulması və antiterror qanunlarında islahatlar aparılmasını tələb edirlər.

Dünən aksiyalar əsasən Paytaxt Bağdad, Ramadi, əl Fəllucə, Samarra, Mosul və Tikritdə keçirilib.

Ölkənin qərbindəki Anbar əyalətində isə sünnilər 20 gündür ki, ölkəni Suriya və İordaniya ilə bağlayan əsas avtomobil yollarını bağlayıblar.

Etiraz aksiyaları 2 həftə bundan əvvəl başlanıb.
Onlar hökuməti ayrı-seçkilikdə günahlandırırlar.
XS
SM
MD
LG