Keçid linkləri

2026, 17 İyun, çərşənbə, Bakı vaxtı 17:59

Yunanıstanda vergilər artırılır

Yunanıstan parlamenti şənbə gününə keçən gecə uzun müzakirələrdən sonra vergilərin artırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Bu tədbir Yunanıstanın beynəlxalq kredit almasında əsas şərtlərdən biridir.
Yunanıstan hazırda çətin borc böhranı ilə üzləşib.

Yeni tədbirlə bir çox vergi üstünlükləri ləğv edilir və ildə 42 min avrodan çox gəliri olan vətəndaşlara 42 faiz vergi tətbiq edilir.

Hökumət bununla yaxın iki ildə xəzinəyə 2,5 milyard avro gətirmək istəyir.
Hakim mühavizəkarlar bunu ədalətli sayır və hesab edirlər ki, ölkəni dalandan yalnız bununla çıxarmaq mümkündür.

Müxalifət isə hesab edir ki, bu adi vətəndaşların vəziyyətini daha da ağırlaşdırır.
This item is part of
XS
SM
MD
LG