Keçid linkləri

Təcili xəbərlər
2023, 20 Mart, Bazar ertəsi, Bakı vaxtı 16:04

Gürcüstanda amnistiya haqqında qanun imzalanıb


Gürcüstan parlamentinin sədri David Usupashvili amnistiya barədə qanun imzalayıb.

Prezident Mikhail Saakashvili bundan əvvəl sənədə veto qoymuşdu.
Parlament dekabrın 21-də belə bir qanun layihəsi qəbul etmişdi.

Qanunda yaxın 2 ay ərzində 3 minədək məhbusun azad edilməsi nəzərdə tutulur.
Deputatlar onlardan 190-nı siyasi məhbus hesab edirlər.

Prezident Saakashvili məhz qanunun siyasi məhbuslarla aid hissəsinə veto qoymuşdu.
O bildirib ki, casusluq və vətənə xəyanətə görə yatanlar amnistiyaya düşməməlidir.

Parlament dekabrın 28-də prezidentin vetosunu ləğv edib.
XS
SM
MD
LG