Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:50

«Müdafiə naziri «yüksəkliyi» uğrunda mübarizə»


Azərbaycan hərçiləri İraqda - 2006
Azərbaycan hərçiləri İraqda - 2006
-
«Yeni Azərbaycan» qəzeti Daşkəsəndəki hərbi hissədə vəfat edən əsgər Ceyhun Qubatovun ölümü ilə bağlı xof yaratmaq, çağırışlar etməyin yolverilməz olduğunu yazır:

«Azərbaycan gəncliyində ordudakı vəziyyət və əsgərlərlə bağlı xof hissi yaratmaq çox təhlükəlidir…».

«Yeni Müsavat» qəzeti «Müdafiə naziri «yüksəkliyi» uğrunda mübarizə» getdiyini yazır. Qəzet son əsgər ölümündən sonra Müdafiə naziri Səfər Əbiyevin də müzakirə mövzusuna çevrildiyini yazır. Yazıda bu mübarizənin daha çox dövlət büdcəsindən ayrılan pulla bağlı olduğu qeyd edilir:

«..təkcə Müdafiə Nazirliyinin təchizat hissəsinə ayrılan vəsait 1 milyarda yaxındır. Bu qədər böyük pulların dövr elədiyi sahəyə rəhbərliyi ələ keçirmək uğrunda mübarizənin getməsi isə Azərbaycan reallığında təbii qarşılanır…».

«Azərbaycan» qəzeti yazır ki, «əsl ziyalı qaragüruh əxlaqından, mövqe dəyişikliyindən, avantürizmdən azad olmalıdır».

Qəzetə görə, «Eldar Namazov, Rüstəm İbrahimbəyov kimi «reneqatlar» dəstəsi ilk gündən ictimai və siyasi baxımdan özünü doğrulda bilmədi. 2013-cü il prezident seçkiləri ərəfəsində bir qrup yenidən fəallaşaraq ən müxtəlif «qara piar» kampaniyası aparmaqla məşğuldurlar».

«Azadlıq» qəzeti Fransada mühacirətdə olan sabiq rektor Elşad Abdullayevin daha bir məktubu dərc edib.

Elşad Abdullayevə görə, «yuxarıların sifarişi ilə törədilən cinayətlərin üstünün açılmaması üçün 8 şahid aradan götürülüb».

Elşad Abdullayev ölkəni tərk etməzdən əvvəl Ramiz Mehdiyevə qardaşı Mahirin tapılması üçün xəbər göndərsə də, ona belə bir kömək edilmədiyin deyir:

«Vaxt keçdikcə, gördüm ki, bunun kömək eləmək fikri yoxdur. Ona görə də təhlükəsizliyimi nəzərə alıb ölkəni tərk etdim».

«İsa Qəmbərin taktikası seçkini İlham Əliyevə qanuni uduzmaq taktikasıdır». Bunu «Bizim yol» qəzetinə müsahibəsində ADP sədri Sərdar Cəlaloğlu deyib:

«İsa Qəmbərin məşhur bir sözü var: əsas namizəd, yəni müxalifətdə olan namizədlərdən kimsə artıq səs toplayacaq. İsa Qəmbər yalnız bunun uğrunda mübarizə aparır, yoxsa o, özünü İlham Əliyevə alternativ kimi görmür. O, müxalifətdən olacaq çoxlu namizədlərdən üstün olmaq istəyir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG