Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:14

«Şərq Tərəfdaşlığı»nın növbəti sammiti noyabrda Litvada keçiriləcək


-
«Şərq Tərəfdaşlığı» Proqramına qoşulmuş ölkələrin üçüncü sammiti bu ilin noyabr ayında Vilnüs (Litva) şəhərində keçiriləcək.

APA-nın Litva mətbuatına istinadən xəbərinə görə, sammit iştirakçıları Avropa Birliyi (AB) və proqram ölkələri arasındakı əməkdaşlığın aktual mövzularını, o cümlədən siyasi məsələləri və iqtisadi əməkdaşlığı müzakirə edəcəklər.

AB və «Şərq Tərəfdaşlığı» üzvü olan ölkələrin dövlət başçılarının ilk görüşü 2009-cu ildə Praqa şəhərində keçirilib.

2011-ci ilin sentyabrında Polşada baş tutan ikinci sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.
XS
SM
MD
LG