Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:11

Rusiyada əcnəbilərin dövlət mediasında işləməsi qadağan edilir



Rusiyanın Dövlət Duması xarici ölkə vətəndaşlarının dövlətin himayəsində olan media orqanlarında işləməsini qadağan edən qanun layihəsini müzakirə etməyə hazırlaşır. Dumadan yanvarın 11-də verilən məlumata görə sənəd gələn həftənin sonunda müzakirəyə çıxarılacaq.

Hakim partiyadan olan deputatlar bunu “əcnəbilərin Rusiyanı aşağılaması” imkanının qarşısını almaq kimi izah edirlər.

Keçən həftə xarici ölkə vətəndaşı olan tanınmış jurnalist Vladimir Pozner rusiyalı uşaqların ABŞ-a övladlığa verilməsini qadağan edən qanunu pisləmişdi. Buna görə jurnalist Dövlət Dumasında kəskin tənqidlərlə üzləşib.

İndi Rusiyada çoxları dövlət televiziyası ilə bağlı yeni qanunu “anti-Pozner qanunu” adlandırır. Vladimir Pozner Rusiya, ABŞ və Fransa vətəndaşı pasportları daşıyır.
XS
SM
MD
LG