Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:35

Rüşvət almaqda ittiham olunan keçmiş Müdafiə naziri girov müqabilində azad edildi


İrakli Okruashvili məhkəmə zalında. 20 noyabr 2012
İrakli Okruashvili məhkəmə zalında. 20 noyabr 2012
-


11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Gürcüstanın keçmiş Müdafiə naziri İrakli Okruashvili girov müqabilində azad edilib.

Korrupsiya ittihamları ilə üzləşmiş keçmiş nazir 2007-ci ildə Gürcüstanı tərk etmişdi. 2008-ci ildə isə onun 11 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qiyabi məhkəmə hökmü çıxarılmışdı.

5 il Avropa ölkələrində gizlənən keçmiş nazir keçən ilin noyabrında - Gürcü Arzusu müxalifət koalisiyasının hökumət başına gəlməsindən sonra Tbilisiyə dönmüş və elə hava limanında həbs edilmişdi.

Bir neçə gün əvvəl Tbilisi məhkəməsi onun 11 il azadlıqdan məhrum olunması barədə hökmü ləğv edib. Respublika Prokurorluğu bildirib ki, Okruashvili haqqında qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq ittihamı ləğv edilir. Amma keçmiş nazirə qarşı qanunsuz silahlı dəstə yaratmaq və vəzifə səhlənkarlığı ittihamları hələ qalır. Yanvarın 11-də isə o, məhkəmənin qərarı ilə girov müqabilində azadlığa çıxıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG